Məşhur insayder Stiv Hemmerstoffer (OnLeaks kimi də məşhurdur) tezliklə təqdim ediləcək Huawei P30 flaqmanının görüntülərini açıqlayıb. Belə ki, demək olar ki, bütün ön panel 6 düymlük ekran ilə örtüləcək və yalnızca ön kamera üçün kiçik kəsik mövcud olacaq. On/off düyməsi Mate 20 Pro-da olduğu kimi qırmız rəngdə olacaq.
Smartfon lazer fokusa malik üç əsas kamera və qoşa işıq ilə təchiz ediləcək. Digər məşhur insayder Evan Blass qeyd edib ki, Huawei P30 40 mp şəkilləri 5 qat zoom ilə çəkə biləcək və keyfiyyətini itirməyəcək.
Barmaq izi skaneri ekranın altına quraşdırılacaq. Ən maraqlı və sevindirici xəbər də odur ki, 3.5 mm yuva bu flaqmanda mövcud olacaq. Xatırladaq ki, Huawei P30 və P30 pro fevral ayında MWC 2019 çərçivəsində təqdim ediləcək.