spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныİnsayderlər Huawei P30 flaqmanının dizaynını təqdim ediblər

İnsayderlər Huawei P30 flaqmanının dizaynını təqdim ediblər

Məşhur insayder Stiv Hemmerstoffer (OnLeaks kimi də məşhurdur) tezliklə təqdim ediləcək Huawei P30 flaqmanının görüntülərini açıqlayıb. Belə ki, demək olar ki, bütün ön panel 6 düymlük ekran ilə örtüləcək və yalnızca ön kamera üçün kiçik kəsik mövcud olacaq. On/off düyməsi Mate 20 Pro-da olduğu kimi qırmız rəngdə olacaq.

Smartfon lazer fokusa malik üç əsas kamera və qoşa işıq ilə təchiz ediləcək. Digər məşhur insayder Evan Blass qeyd edib ki, Huawei P30 40 mp şəkilləri 5 qat zoom ilə çəkə biləcək və keyfiyyətini itirməyəcək.

Huawei P30

Barmaq izi skaneri ekranın altına quraşdırılacaq. Ən maraqlı və sevindirici xəbər də odur ki, 3.5 mm yuva bu flaqmanda mövcud olacaq. Xatırladaq ki, Huawei P30 və P30 pro fevral ayında MWC 2019 çərçivəsində təqdim ediləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -