Qlobal texnologiya bazarında günü-gündən öz payını artıran və artıq smartfon satışları üzrə dünyada ikinci yerdə qərarlaşmış Huawei şirkəti Bakıda ictimaiyyətə özünün Mate seriya modellərini təqdim edib.
Media və ictimaiyyət nümayəndələri, infuenserlərin, eləcə də texnologiya dünyası ekspertlərinin iştirakı ilə baş tutmuş təqdimat mərasimində Mate 20 seriya modellərin özəllikləri qeyd olunub, smartfonun üstünlükləri vurğulanıb.
Qeyd edək ki, tədbirdə təqdim olunmuş Mate 20 seriya modellər Huawei Mate 20 lite, Huawei Mate 20, Huawei Mate 20 Pro və hər kəsin uzun müddətdir ki, gözlədiyi Huawei Mate 20 RS (Porsche Design) modelləri olub.
Tədbirdə çıxış edən və Mate 20 model smartfonların xüsusiyyətləri barədə danışan Huawei Azərbaycan İstehlak Biznes Qrupunun rəhbəri Qu Yançen bu modellərin qeyri-adi texniki xüsusiyyətlərə sahib olduğunu qeyd edib.
“Hazırda mükəmməl Android smartfonların bazara gətirilməsi fonunda istehlakçı gözləntiləri artır. Şirkətimiz bu ehtiyyacların təmini istiqamətində texnoloji inkişafı sürətli şəkildə aparır. Huawei Mate 20 Pro istifadəçiyə yüksək performans, uzun ömürlü batareya, yüksək təhlükəsizlik və Leica-dan olan Ultra Geniş Bucaq Linzalara malik kamerası ilə böyük foto və videoqrafiya təcrübəsi təqdim edir. Smartfonun yerli istehsal olan Kirin 980 prosessoru isə 7 nanometrlik texnologiya əsasında hazırlanıb və 6.9 milyard tranzistordan ibarətdir” — deyə o qeyd edib.
Huawei modellərinin ölkəmizdə satışından bəhs edən Azərbaycan üzrə Huawei CBG Direktoru Çu Yançen vurğulayıb ki, Azərbaycan xüsusilə flaqman modelleri üçün geniş bazar payı və potensialı ilə Huawei şirkəti üçün regionun ən vacib bazarlarından biridir.
Hər kəs tərəfindən gözlənilən Porsche Design Mate 20 RS premium modelindən danışan cənab Çu Yançen bu modelin regionda yalnız Azərbaycanda satılacağını bildirib.
“Çalışdığımız region — yəni Belarus Respublikası və Qafqaz ölkələri üzrə üstün texnologiyaların tətbiqi və məşhur avtomobil istehsalçısı ilə əməkdaşlıq şəraitində dizayn edilmiş Huawei Mate 20 RS (Porsche Design) modelini yalnız Azərbaycan bazarına satışa çıxartmışıq. Azərbaycan bu regon üzrə Porsche Design modelinin satılacağı yeganə ölkə olacaqdır. Bundan sonra Huawei Azərbaycan bazarına daha çox diqqət yetirəcək və strateji və biznes planlarımız lokal bazara uyğunlaşacaq. Gələcəkdə inanıram ki, Azərbaycan istehlakçıları Huawei məhsulların texnoloji yenilikləri haqqında daha çox məlumat alıb, bizim məhsullarımızı daha çox istifadə edəcək.” — deyə Huawei İBQ (İstehlakçı Biznes Qrupu-Huawei CBG) Azərbaycan Nümayəndliyinin Rəhbəri cənab Çu Yançen vurğulayıb.
Qeyd edək ki, Mate seriyasından olan 3 model smartfonlar — Mate 20 lite, Mate 20 və Mate 20 Pro rəsmi tərəfdaş mağazalar olan Baku Electronics, Soliton, Maxi.az, Kontakt Home və İntegral mağazalarından əldə edilə bilər.
Huawei Mate 20 RS (Porsche Design) modeli isə eksklüziv olaraq Baku Electronics mağazalar şəbəkəsində satılacaqdır.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/