Artıq bu bir qəbul edilən faktdır ki, Huawei Mate 20 seriyası homogen cihazların mövcud olduğu telefon bazarına yeni bir nəfəs gətirib.
Telefona əməliyyat rahatlığını bəxş edən dünyanın ilk «axıcı» dizaynına malik Huawei Mate 20 Pro və PORSCHE DESIGN Huawei Mate 20 RS versiyaları səkkiz tərəfdən müasir qövsşəkilli görüntüyə malikdir. Arxa kamera modulu futuristik, avanqard ikili matriks struktura malik olmaqla, hətta kənar məsafədən də dərhal sezilə bilir. Bundan başqa, bu telefonlar yeni rəngdə — Zümrüdü-yaşıl rəngdə buraxılıb.
Dünyanın ilk «axıcı» dizaynlı telefonu ilə mükəmməl görüntü və mükəmməllik hissi — Huawei Mate 20 Pro
Sözügedən axıcı dizaynı konseptuallaşdırarkən «Huawei»nin dizaynerləri təbiətin axıcı elementlərini yaxalamağa çalışıblar. Aerodinamik korpusun hər səkkiz tərəfi qövsşəkillidir. Bu isə möcüzəvi görüntü və telefonu əldə saxlamaq zövqüdür. Huawei mövcud standartlara riayət edərək, komponentlərin bir-birinə tam uyğunluğunu təmin edərək və hər bir istifadəçi üçün misli görülməmiş komfort yaradaraq bu telefonun hissələrini dəqiqliklə hazırlayıb.
Eyni zamanda telefona simmetrik dizayn elementləri də daxil edilib. Çərçivənin kənarları və qövsşəkilli şüşə tağları telefonun mərkəzi oxuna simmetrikdir. Çox sadə və simmetrik dizayn estetik cəhətdən də ecazkar görünür.
Şeh damcısını xatırladan yeni ekran dizaynı ilə mükəmməl görüntü və mükəmməllik hissi — Huawei Mate 20
İstifadəyə tam uyğun olması üçün yeni Huawei şeh damcısı displeyində 6.53 düymlük ekran üzərində mirvarişəkilli yarımqövs yerləşdirilib. Telefonun bütün tərəfləri harmonik şəkildə bir-birinə simmetrikdir: arxa kamera modulunun arxa hissəsində ikili simmetrik xətt üzərində ikisi yanaşı yerləşməklə dörd dairə kəsiyi vardır. Çərçivə, habelə telefonun hər tərəfini əhatə edən qövsşəkilli şüşə isə vertikal cəhətdən bir-birinə simmetrikdir.
Telefonun arxa tərəfi fotorezistorlu aşınma prosesi vasitəsilə hazırlanmış yüksək texnoloji teksturaya malikdir. Nanoteksturalı arxa üzlüyün yuxarı hissəsinə aşınmış şüşə örtüyü yerləşdirməklə, Huawei unikal, əsrarəngiz bir dizayn hazırlayıb — telefonu həm əldə tutmaq rahatdır, həm də üzərində barmaq izləri qalmır. Telefon hətta dəfələrlə istifadə olunduqda belə təmiz görüntünü qoruyub saxlayır.
Özünəməxsus Matriks Kamera Strukturu
Huawei Mate 20 seriyasında yanaşı yerləşən ikili kameranın hər bir linzası cilalanmış metal çərçivə ilə əhatələnib. Bu isə telefona vizual olaraq effektli və fərqli bir avanqard görünüş verir.
Yeni zümrüdü-yaşıl rəng, heyrətamiz stil
Vaxtilə İtaliyanın mərkəzində yerləşən, incəsənət şəhəri hesab edilən Florensiyada ecazkar bir söz var idi. Syu Cimo adlı bir şair italyan sözü olan «Firenze»ni «Zümrüd nefriti» olaraq tərcümə etmişdi. Şəhər bürokratları kilsənin yaşıl mərmərlə hazırlanmasını tələb etmiş, şəhər ətrafındakı evləri bəzəyən tünd yaşıl pəncərə çərçivələri isə şəhərə eleqant, sakit və çılğın bir görüntü bəxş etmişdi. Huawei Mate 20 seriyası da məhz yeni Zümrüdü-yaşıl rəngdə hazırlanıb. Bu isə telefona zümrüd daşı qədər qlamur bir görüntü verir.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/