Qualcomm məhkəmə yolu ilə Çində Apple satışlarına qadağa qoyulmasına nail olub. Bir neçə il sürən bu müharibədə Qualcomm qalib ayrıldı. Çin məhkəməsi Apple şirkətinin Qualcomm-a məxsus iki patent hüququnun pozulması iddiasını qəbul edib. Patentlərdən biri şəkillərin «edit»lənmə funksiyası ilə bağlıdır, ikincisi isə tətbiqlərdən istifadə zamanı sensor interfeys ilə bağlıdır.
Qualcomm qeyd edib ki, iOS 12 yeniləməsi bu qadağanı aradan qaldırmayacaq. Məhkəmə qərarı qüvvədə qalacaq. Xatırladaq ki, söhbət bütün iPhone-lardan getmir — iPhone 6S, iPhone 6S Pus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X. 2018-ci il model olan iPhone-lar məhkəmə qərarından yayına biliblər, çünki iddia edilən zamanı onlar rəsmən təqdim edilməmişdi.