“Nar” Gənclər Fondunun təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr edilən “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı”nda iştirak edib. “Nar” gənclərə dəstək məqsədilə festival çərçivəsində təşkil edilən karyera sərgisində media əlaqələri, məhsulların inkişafı, kiçik və orta müəssisələr üzrə satış mütəxəssisi və digər vakant yerlərə sənəd qəbulu təşkil edib.
Dekabrın 7-si keçirilən sərgidə Azerfon MMC (“Nar” ticarət nişanı) ilə yanaşı 60-dan çox şirkət iştirak edib. Sərgi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Layihə Heydər Əliyev Fondu, Gənclər Fondu, ASAN Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Gənclər Fondu tərəfindən icra olunub. Əsas məqsəd gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə, onların iş imkanlarını genişləndirməkdir.