Apple şirkəti iOS 12 əməliyyat siteminin yeni funksiyası haqqında məlumat verib. Bu funksiya hələlik yalnız ABŞ ərazisində işləyəcək. Belə ki, 991 fövqəladə xidmətinə zəng etdikdə smartfon yerləşdiyi məkan haqqında məlumatı xidmət işçilərinə ötürəcək ki, bu da xilasedici qrupun işini asanlaşdıracaq.
Apple qeyd edir ki, ABŞ ərazisində 80% fövqəladə çağırışlar məhz mobil telefonlar vasitəsilə edilir. Lakin, köhnəlmiş infrastruktur fövqəladə xidmət işçilərinin dərhal reaksiya verib məkanı tapmağına mane olur. Apple şirkəti tam zəmanət verir ki, istifadəçilər yerləşmə və ya digər məlumatları heç bir üçüncü tərəfə ötürülmür və yalnız fövqəladə çağırışlar zamanı istifadə edilir.