spot_img
22 ноября, 2024

Buluda miqrasiya

Bulud xidməti haqqında bilməli olduğumuz, bilmədiyimiz

İlk bulud xidmətləri 10 il öncə təqdim olunmağa başlayıb. Lakin Azərbaycanda müəssisə rəhbərlərinin yarısından çoxu hələ də IaaS, PaaS və SaaS kimi bulud xidməti modellərinin nə olduğunu, necə işlədiyini başa düşmür. Şirkətin rəqəmsal verilənlərini ayrıca bir məhsul kimi qəbul etdikdə, hər şey asanlaşır. Belə halda onların idarəolunması sıravi logistika işinə çevrilir.

Biznesin kütləvi şəkildə buluda köçməsi

Hər il bulud texnologiyaları ən aktual texnoloji trend icmallarında yer alır. Bəzi hallarda prosesə hətta dövlət səviyyəsində nəzarət etmək təklifləri irəli sürülür. Məsələn, Hindistan milli biznesin bulud servislərinə miqrasiyasını maliyyələşdirmək niyyətindədir. ABŞ isə əksinə, bulud servislərinə vergi tətbiq etmək barədə düşünür.

IDC beynəlxalq tədqiqat agentliyinin hesablamalarına görə, ABŞ-da öz fəaliyyətində bulud texnologiyalardan istifadə edən işçi sayı 100 nəfərdən az olan kiçik müəssisələrin payı 20%-dən 70%-dək artıb. Hazırda işçi sayı 100 nəfərdən az olan orta ölçülü ABŞ müəssisələrinin 90%-i artıq təməlli şəkildə bulud servislərində məskən qurub. Ölkəmizə gəlincə, təəssüf ki, bu barədə heç təqribi rəqəmlər də mövcud deyil. Biz sadəcə şirkətlərimizin 15-20 faizinin bulud texnologiyalarına keçdiyini güman edirik.

Buluda miqrasiyanın lehinə və əleyhinə dəlillər

Əslinə qalanda, bütün bu bulud texnologiyasına keçid rəqəmləri parıldayan üz qabığından savayı bir şey deyil. Bu prosesin daxilində nələrin baş verdiyini, buludun verdiyi üstünlüklərin nələrdən ibarət olduğunu, burada nə kimi çətinliklərin olduğunu anlayanların sayı çox deyil. Analitiklər buluda köçməyin kiçik və orta bizneslər üçün aşağıdakı faydalarını qeyd edirlər:

  • Bulud kiçik biznesin işə salınmasını və artaraq böyüməsini asanlaşdırır, çünki az gəlirli şirkətlər üçün İT-texnologiyalarını daha ucuza gə
  • Bir qayda olaraq kiçik biznesin öz mövcudluğunu davam etdirə bilməsi birbaşa onun əldə etdiyi mənfəətdən asılıdır, odur ki, ona IT nə qədər ucuza gəlsə, bir o qədər xeyirlidir. Buluda köçən bizneslər IT xərclərini ciddi şəkildə azalda, beləliklə də, daha çox mənfəət əldə edə biləcə
  • Bulud resurslarının miqyaslana bilməsi və çevikliyi IT şöbələri üçün həlledici əhəmiyyətə Misal üçün, bunun sayəsində əməkdaşlar ştatını optimallaşdırmaq, eyni zamanda da qalan əməkdaşları plandankənar və əlavə işlərdən azad etmək olar.
  • Populyarlığı getdikcə artan IaaS modeli (xidmət mahiyyətində infrastruktur) IT xərclərinin birdəfəlik və kapital xarakterli deyil, bundan sonra əməliyyat xərcləri olaraq qəbul edilməsini nəzərdə Bu xərcləri aylıq abunəçilik əsasında ödəmək olar.

Bütün üstünlüklərə baxmayaraq, Azərbaycandan xeyli əvvəl bulud texnologiyalarına yiyələnməyə başlayan, texnoloji baxımdan inkişaf etmiş ölkələrdə belə buluda tamamilə köçmək məsələsinə hələ də ehtiyatla yanaşılır. Bulud servisləri ilə şirkətlərin xoşbəxt «evliliyinə» mane olan amillərin başlıcası bu xidmətləri təklif edənlərlə həmin şirkətlərdə bilavasitə işləyən IT mütəxəssisləri arasındakı anlaşmazlıqdır. Şirkət daxilində fəaliyyət göstərən IT şöbələri çoxdandır ki, bütün lazımi tətbiq paketlərini və proqram təminatını əldə ediblər. Texnologiyalar burada illərlə toplanaraq tətbiq olunur, sistemi quran işçilər şirkəti tərk etsələr belə, o, əldən ələ ötürülərək qorunub saxlanılır. Elə bu vaxt şirkətin qapısından bulud servisinin provayderi girib daha yüksək səmərəlilik və sürət vəd edir. Bunun üçün o, bu qədər əmək sərf edilmiş mürəkkəb IТ infrastrukturunu söküb əvəzində yenisini qurmağı təklif edir. Belə addım atmağa hər rəhbər cəsarət etməz. Etimadsızlığın bir digər səbəbi də bulud servislərinin hələ də təhlükəsizlik məsələsini tam həll etmiş olmamalarıdır.

Abreviaturaları səhv salmamaq üçün nə etməli?

Şirkət bu heç də asan olmayan qərarı verdikdən sonra daha çətin məsələ ilə qarşı-qarşıya qalacaq. Söhbət konkret texnoloji həllin, yəni uyğun servis paketinin, ya da modelin seçilməsindən gedir. Buluda hər növ biznesi köçürmək olar, istər yük çatdırılmasını, taksi sifariş xidmətini (Uber-in etdiyi kimi), kərpic zavodunu, fermer təsərrüfatını, istirsə də yalnız internetdə fəaliyyət göstərməyi planlaşdıran startapı.

Adətən bulud platforması haqqında bəhs ediləndə, ağla gələn ilk brend Amazon Web Services və ya Microsoft Azure olur. Burada marketinq bu mühit üçün səciyyəvi xarakter daşıyan bir-birinə zidd, ya da bir-birini haradasa təkrarlayan terminlərdən istifadə edir, məsələn, on-premise, outsourced, pay-as-you-go, on-demand və s. Bu, təcrübəsiz insanları çaşdırır. Lakin, bəzi populyarlaşmış uydurmaları və konsepsiyanın süni şəkildə meydana gələn həddindən artıq qarışıqlığını kənara qoysaq, bu texnologiyanın inkişafının hal-hazırki üç əsas istiqamətini qeyd edə bilərik:

  1. IaaS (Infrastructure as a Service) xidmət kimi təqdim olunan infrastruktura deməkdir. Bütün serverlər və şəbəkə alətləri buludda yerləşdirilib. Tələb olunan bütün aparat təminatı sizin tərəfinizdən, hesablama və qismən şəbəkə infrastrukturu isə bulud xidməti tərəfindən təmin olunur. Belə bir model daha çox iri müəssisələr tərəfindən rəğbət görür. Sadə dillə desək, bu, müəyyən müddətə icarədir. Maliyyə baxımından IaaS elektrik enerji bazarına bənzəyir. Müştəri ya sabit qiymət ödəyərək müəyyən həcmdə hesablama gücü əldə edir, ya da faktiki istehlaka görə ödəniş edir.

IaaS aşağıdakı xüsusiyyətlərə malikdir:

  • resurslar burada xidmət olaraq təqdim olunur. Müştəri istədiyi vaxt istifadə etdiyi resurs həcmini artırıb-azalda bilə
  • Virtuallaşdırma xüsusiyyəti sayəsində fiziki resurslarla bir neçə istifadəçi işləyə bilə
  • Ödəniş modelləri çevikdir (o cümlədən, sadəcə istifadə olunmuş resurslara görə ödəniş nəzərdə tutan «pay as you go» modeli).

IaaS-dan yalnız o vaxt istifadə etmək lazımdır ki, şirkətin yükləmə artdıqda gücün artırılmasına ehtiyacı ola, başqa sözlə, əgər şirkət infrastrukturanın operativ miqyaslamasına ehtiyac duyursa. Başqa bir variant isə belə ola bilər: şirkət startapdır və onun avadanlıq alıb onu dəstəkləməyə vəsaiti yoxdur, ya da şirkət öz biznesini eksperimental istiqamətdə yönləndirir və buna əlavə vəsait xərcləməyi məqsədəuyğun hesab etmir. Lakin çevikliyə və miqyaslama qabiliyyətinə baxmayaraq bu texnologiyanın müəyyən məhdudiyyətləri var. Bununla bağlı bəzən ondan istifadə etmək məqsədə uyğun deyil. Misal üçün, əgər şirkət elə bir sahədə fəaliyyət göstərir ki, orada tətbiq olunan qaydalar məlumatları şirkətin özünə aid olmayan serverdə saxlamağa icazə vermir, belə halda IaaS işinizə yaramaz.

  1. PaaS (Platform as a Service) xidmət kimi təqdim olunan platforma deməkdir. İstifadəçinin əlində yalnız istifadə etdiyi tətbiqlər və öz verilənləri qalır. Əməliyyat sistemi, virtual maşın, şəbəkə infrastrukturası, serverlər – bunların hamısı buludda yerləşir. Tətbiq olunan bu modeldə provayderi istifadəçiyə iş üçün, məsələn, web tətbiqini hazırlamaq üçün hazır sazlanmış xidmət və alət dəsti təqdim edir. Belə halda infrastrukturanı işlətmək üçün işə mühəndis götürmək ehtiyacı qalmır və tərtibatçılar tərtibat və tətbiqetmə problemlərinə daha çox vaxt və vəsait ayıra bilirlər.
  2. SaaS (Software as a Service) xidmət kimi təqdim olunan proqram təminatı deməkdir. Bu variantda nəzərdə tutulur ki, müştəri provayderi tərəfindən tərtib olunmuş, onun serverində saxlanılan və onun tərəfindən idarə olunan hazır tətbiqi və ya proqram məhsulunu icarəyə götürür. Ümumilikdə demək mümkündür ki, biz Gmail poçtundan faydalananda SaaS variantından istifadə edirik. SaaS variantında provayderi tətbiqlərin tənzimlənməsi məsələlərindən, monitorinqdən və ehtiyati surətləmədən cavabdehdir. Məhz buna görə bu iş modeli şirkətin komandasında texniki mütəxəssisin olmasını tələb etmir. Hər şey provayderin öhdəsindədir.

Biznesin bulud servislərinə etibar etməməsi ona gəlib çıxartdı ki, bazarda ən çox uğur qazanan bu modellərin ən mühafuzəkarı sayılan Iaas oldu. «xidmət kimi infrastruktura» modeli daha radikal Paas və Saas-ı xeyli geridə buraxıb. Tədqiqatlar göstərir ki, bulud texnologiyaları bazarı tələbata cavab verir və IaaS-provayderlərin təklifləri ilə dolub-daşır.

Bir qayda olaraq şirkətlərdə qərar sahibi olanlar bulud servisləri modellərinin arasındakı fərqləri dərindən anlamağa meyilli deyillər. Burada pizza məsələsini misal çəkmək yerinə düşər. Əgər şirkət öz avadanlığından istifadə edir və ərzaq mallarını özü tədarük edirsə, bu, bildiyimiz standart pizza restoranıdır. Yox, əgər əsas ərzaq mallarını, o cümlədən, pendir, kolbasanı internet çatdırılma xidmətindən sifariş edirsə, bu, IaaS-a bənzəyir. Nəhayət, hazır pizzanı gətirib öz restoranında bişirmək PaaS, onu yemək üçün restorana getmək isə SaaS-dır.

Real həyatda ardıcıl olaraq sadəcə bir modeldən istifadə edən şirkət tapmaq mümkün deyil. Bütün dünyada biznesin konkret məqsədlərə uyğunlaşdırılaraq tərtib olunan hibrid modellərin populyarlığı artmaqda davam edir. Bugün aparıcı müəssisələr arasında artıq elə bir qənaət yaranıb ki, bulud servisi sadəcə IT-də logistikanı ən rahat və səmərəli şəkildə təşkil etmək üçün mövcud olan yollardan biridir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -