Bu gün Xiaomi şirkəti əlçatan kamerofon olan Redmi S2 smartfonunu təqdim edib. Cihaz 5.99 düymlük 720×1440 displey, Qualcommm Snapdragon 625 prosessoru, 3080 mAh batareya, 5+12 Mp əsas kamera, 16 Mp selfi-kamera, barmaq izi skaneri, dual SİM, Android 8.0 Oreo əməliyyat sistemi və MIUI 9 örtüyü ilə təchiz edilib.
Xiaomi Redmi S2-nin satışları 17 may start götürəcək. Alıcılar üçün iki versiya əlçatan olacaq:
* 3 GB RAM və 32 GB daxili yaddaş (156 dollar)
* 4 GB RAM və 64 GB daxili yaddaş (204 dollar)