Avrasiya iqtisadi komissiyasının məlumat bazasında Xiaomi şirkətinin gələcək smartfonlarının siyahısı yerləşdirilib. Bütün qeyd edilmiş modellər 31 dekabr 2023-cü ilədək təqdim ediləcək.
Belə ki, Redmi S2 modeli Redmi S1 və Redmi S3 modeli ilə genişləndiriləcək. Gələcək flaqman olan Xiaomi Mi7-nin Lite versiyası təqdim ediləcək. Bundan əlavə, təqdim olunacaq smartfonlar siyahısında Mi Mix 3S, Xiaomi Redmi Note 6, Redmi Note 6, Redmi Note 6a, Redmi Note 6 Prime, Redmi Note 6a Prime, Redmi 6 Plus və Redmi 6a Plus da var.
Yeni Mi S adlı smartfon xətti haqqında da məlumatlar sızdırılıb. Redmi smartfonları arasında da Redmi A1 və Redmi A2 cihazları peyda olacaq.