Məşhur Fortune 500 jurnalı dünyanın ən böyük şirkətlərinin yeni siyahısını təqdim edib. Birinci pillədə yenə də Walmart pərakəndə satış mağazaları şəbəkəsi qərarlaşıb. Onun ardınca neft şirkəti olan ExxonMobil, ilk üçlüyü isə Uorren Baffetin investisiya holdingi Berkshire Hathaway qapayıb.
Apple, ötən iki il ərzində Top 3-də yer alsa da, bu dəfə 4-cü pilləyə yuvarlanıb. Qeyd edək ki, Amazon şirkəti 8-ci, Google-un sahibi Alphabet 22-ci, Microsoft isə 30-cu yerdə qərarlaşıb. IBM — 34, Dell — 35, HP isə 58-ci pilədədir.