Xiaomi şirkəti TENAA agentliyində əfsanəvi Mi A1 smartfonunun növbəti versiyasını qeydiyyatdan keçirib. Mi A1 alıcılar arasında «saf» Android əməliyyat sistemi və yüksək keyfiyyətli kamerası ilə yadda qalmışdı. Mi A2-də eyni performans gözlənilir, lakin yenilənmiş dizaynda və daha da güclü göstəricilərlə. Cihaz zahirən Redmi Note 5-ə bənzəyəcək, lakin plastik örtüksüz.
Qeyd edilir ki, Mi A2 adı ilə yanaşı Xiaomi Mi6X də qeydiyyatdan keçirilib ki, bu da MIUI versiyasının mövcudluğu anlamına gəlir. Smartfon 6 düymlük 2160×1080 (18:9) displey, 2910 mAh batareya, USB Type-C və iki SIM-kart dəstəyi ilə təchiz edilib. Smartfonun qalınlığı 7.3 mm təşkil edəcək. Mi A2-nin nə vaxt çıxacağı məlum deyil.