spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныXiaomi Mi A2 Çində qeydiyyatdan keçirilib

Xiaomi Mi A2 Çində qeydiyyatdan keçirilib

Xiaomi şirkəti TENAA agentliyində əfsanəvi Mi A1 smartfonunun növbəti versiyasını qeydiyyatdan keçirib. Mi A1 alıcılar arasında «saf» Android əməliyyat sistemi və yüksək keyfiyyətli kamerası ilə yadda qalmışdı. Mi A2-də eyni performans gözlənilir, lakin yenilənmiş dizaynda və daha da güclü göstəricilərlə. Cihaz zahirən Redmi Note 5-ə bənzəyəcək, lakin plastik örtüksüz.

Qeyd edilir ki, Mi A2 adı ilə yanaşı Xiaomi Mi6X də qeydiyyatdan keçirilib ki, bu da MIUI versiyasının mövcudluğu anlamına gəlir. Smartfon 6 düymlük 2160×1080 (18:9) displey, 2910 mAh batareya, USB Type-C və iki SIM-kart dəstəyi ilə təchiz edilib. Smartfonun qalınlığı 7.3 mm təşkil edəcək. Mi A2-nin nə vaxt çıxacağı məlum deyil.

Xiaomi Redmi Note 5

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -