Machine Learning Crash Course (MLCC) adlı bu kurslar bütün istifadəçilər üçün əlçatandır. MLCC ilə tələbələr avtomatlaşdırılmış öyrənmə texnologiyalarını Google ekspertləri tərəfindən video mühazirələr vasitəsilə örənəcəklər. Xüsusi tapşırıqlar, dərslər və «study case»-lər də tədrisdə vardır.
Ümumən kurs 25 dərs və 40 çalışmadan ibarətdir. 15 saat davam edən bu kurs ingilis, fransız, ispan, çin və koreya dillərində mövcuddur. Kursa başlamaq üçün fundamental riyazi və statistik biliklər mütləqdir. MLLC-də Python proqramlaşdırma dili ilə də çalışmalar var (mütləq deyil).