Apple şirkətinin bir layihə üçün aldığı patentdə fiziki klaviaturasız noutbuk təsvir olunub. Klaviaturanın yeirndə isə böyük ikinci OLED displey quraşdırılacaq. Qeyd edilir ki, məhz bu ekranda bir neçə elementlər təsvir ediləcək: virtual klaviatura, bloknot və s. İkinci ekranı böyük taçpad kimi də istifadə etmək mümkün olacaq.
Xatırladaq ki, MacBook Pro 2016 noutbuklarında Apple Touch Bar sensor panelini quraşdırmışdı. Bu panel klaviaturanın üzərinə yerlədirilmişdi.