iOS 11.3 əməliyyat sisteminin Beta versiyasında kodlarda «Modern iPad» müasir iPad haqqında məlumatlar tapılıb. Maraqlısı budur ki, iPhone X təqdimatından öncə Apple rəsmiləri smartfonu «Modern iPhone» müasir iPhone adlandırırdı. Bu isə o deməkdir ki, yeni iPad məhz iPhone X dizaynına malik olacaq.
Qeyd edilir ki, iPad Pro Face ID üz tanıma texnologiyası ilə təchiz ediləcək. Bundan başqa, cihaza şirkətin öz məhsulu olan TrueDepth kamerası quraşdırılacaq. Apple iPad Pro-nun ya WWDC 2018 (iyun) sərgisində, ya da sentyabr ayında yeni Apple smartfonları ilə birgə təqdim ediləcək.