spot_img
29 марта, 2024
ДомойТелекомСобытияGame Jam müsabiqəsinin final mərasimi keçirilib

Game Jam müsabiqəsinin final mərasimi keçirilib

2017-ci ilin noyabr ayının əvvəlindən start götürən «Hackathon Azerbaijan» komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib.

İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub.

Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda mübarizə hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.

Qalib komandaların adlarını və təqdim etdikləri oyunlar barədə məlumatı təqdim edirik:

  • I yer: «Stolen Crown» oyunu
    Komanda: Mad Bots
  • II yer: «Mirror Man» oyunu
    Komanda: LC Game studio
  • III yer: «Cartoon City» oyunu
    Komanda:Fire Wings

Bundan əlavə müsabiqə müddətində aktivliyi ilə fərqlənən digər komandalara da həvəsləndirici mükafatlar və hədiyyələr təqdim olunub.

Məlumat üçün qeyd edək ki, Hackathon — hacker neologiyasıdır — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackaton Azerbaijan» Təşkilat Komitəsindən verilən məlumata əsasən, layihə çərçivəsində bundan sonra da İKT sahəsində kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılması istəqamətində işlər aparılacaq, müsabiqə və stimullaşdırıcı yarışmalar keçiriləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -