spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныXiaomi Redmi Note 5A-nın göstəriciləri məlum olub

Xiaomi Redmi Note 5A-nın göstəriciləri məlum olub

Xiaomi Redmi Note 5A yeni və əlçatan smartfonlar sinfinə aiddir. Smartfon iki versiyada təqdim olunacaq: əlçatan və Pro/Prime versiya. İkinci daha güclü prosessor, daha çox yaddaş və daha yaxşı kamera ilə təchiz ediləcək.

Hal-hazırda bir çox smartfonlar iki SİM-kart funksiyasını dəstəkləyir. Lakin, istifadəçilər ya ikinci SİM-kart, ya da microSD yaddaş kartından istifadəni seçmək məcburiyyətində qalırlar. Xiaomi Note 5A-da bu problem olmayacaq. Smartfonda SİM-kartlar üçün ayrıca iki slot və yaddaş kartı üçün də xüsusi slot mövcud olacaq.

Qeyd edilir ki, Redmi Note 5A 5.5 düymlük HD-displey, Snapdragon 430 prosessoru, 2/3 GB RAM və 16/32 GB daxili yaddaş, 13/16 mpxl. əsas kamera, 5/13 mpxl. ön kamera, 4G şəbəkə, 3000 mAh-lik batareya ilə təchiz ediləcək.

Xiaomi Redmi Note 5A

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -