TechCrunch bildirir ki, əsas dizayn dəyişikliyi xəbər lentinə toxunub. Belə ki, Facebook-da astıq şərhlər bölməsi daha aydın və səliqəli görünür. Yuvarlaq forma şərhlərin vizual olaraq seçilməsini təmin edib. Üstəlik, istifadəçilərin profil şəkilləri də yuvarlaq forma alıb və bir növ material design təəssüratını yaradıb.
Instagram-da isə indi şərhlərə cavablar daha aydın görünür və seçilir. Naviqasiya düymələri, reaksiyalar, «Like», «Şərh», «Paylaş» ikonları da dəyişilib. Qeyd edək ki, tətbiqlərin yeni versiyaları iOS və Android üçün bir neçə həftə ərzində əlçatan olacaq.