Yeni smartfonun təqdimat tarixi haqqında Motorola xüsusi posterlə məlumat verib. Belə ki, istehsalçının yeni flaqmanı 27 iyun tarixində təqdim olunacaq. İlkin məlumatlara əsasən, Motorola Moto Z2 Qualcomm Snapdragon 835 prosessoru ilə təchiz olunacaqş Smartfon 5.5 düymlük QHD (2560 x 1440) displey və 6 GB əməliyyat yaddaşı (RAM) ilə də təchiz ediləcək.
Maraqlıdır ki, 21 və 30 iyun tarixlərində də Motorola-nın iki təqdimat mərasimi olacaq. Çox güman ki, bu mərasimlərdə Moto X4 və MotoG5S Plus təqdim olunacaq.