Bu il təqdim olunacaq yeni nəsil iPhone-lar IP68 standartlı su və tozdan müdafiə texnologiyası ilə təmin oluna bilərlər. Məsələn, iPhone 7 və 7 Plus modellərində bu standart IP67 tiplidir. Yeni iPhone-lar müvafiq müdafiə ilə 1.5 m dərinlikdə su təzyiqinə30 dəqiqə ərzində tab gətirə biləcəklər.
IP68 kodundakı 6 rəqəmi tozdan 100%-lik müdafiəni, 8 rəqəmi isə sudan (1.5 m dərinlik) müdafiəni əks etdirir. Müqayisə üçün qeyd edək ki, IP67 standartında smartfonlar yalnız 1 m dərinliyə endirilə bilər.