Snapchat, iMessage və Google Allo kimi messencerlər tərəfindən böyüyən rəqabət WhatsApp tərtibatçılarını düşündürməyə məcbur edib. Onlar populyar messencerin bazarda yüksək yerlərdə qalması üçün yeni funksiyalar əlavə etməyə qərar veriblər.
Belə ki, iOS üçün WhatsApp tətbiqinə GIF-faylların göndərilməsi funksiyası əlavə olunub. Video faylların GIF-ə çevirərək göndərilməsi üçün onların müddəti 6 saniyədən çox olmamalıdır.
Yeni funksiya Android istifadəçiləri üçün hələlik əlçatan deyil.