spot_img
29 марта, 2024
ДомойSoftwareМобильные приложенияAndroid Auto sistemi artıq bütün avtomobillərdə istifadə oluna bilər

Android Auto sistemi artıq bütün avtomobillərdə istifadə oluna bilər

Google şirkəti Android Auto platformasının bütün sürücülər üçün əlçatan olacağını elan edib.

Xatırladaq ki, Android Auto sistemi nəqliyyat vasitəsinin kompüterini smartfonla kompleks şəklində istifadə edərək zənglərin edilməsi, xəritələrdə axtarış, musiqi dinlənməsi, ismarıcların göndərilməsi və s. əməliyyatları yerinə yetirir. Sistemin idarəsi sükan hissəsində yerləşən düymələr, sensor ekran və yaxud səsli köməkçi vasitəsilə reallaşdırılır.

Hal-hazırda Android Auto sistemi 50 brendin 200 model avtomobilində dəstəklənir. Lakin, bu sistemin işləməsi üçün bəzi avtomobillərdə ekranlı media mərkəz və yaxud hər hansısa bir kompüter cihazı mövcud deyil. Beləcə Android Auto sisteminin də dəstəklənməsi mümkün deyildi.

Lakin, Google şirkəti sürücülərə Android Auto tətbiqini yükləməklə bu sistemdən yalnız smartfon vasitəsilə yararlanmaq imkanı yaradıb. Belə ki, istənilən avtomobilin sürücüsünün Android 5.0 və daha yeni versiyalı smartfona sahib olması kifayət edir ki, Android Auto sistemindən yararlana bilsin.

Ölkəmizdə bu tətbiq hələlik əlçatan olmasa da, tezliklə yükləmə üçün hazır olacaq.

androidauto

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -