Keçən həftə təqdim olunmuş iPhone 7 AnTuTu bençmarkında əla nəticə göstərib. Belə ki, 4.7 düymlük versiya 178.397 bal toplayıb — iPhone 6s-i birbaşa üstələyir (133.781) və rekord hesab olunur. Android rəqiblərindən isə iPhone-a ən çox yaxınlaşan OnePlus 3 oldu (140.288 bal).
Beləliklə, iPhone 7 AnTuTu versiyasına görə dünyanın ən güclü smartfonu adına layiq görülüb. Cihaz hətta 177.000 bal nəticə göstərmiş iPad Pro-nu da (12.9 düym) üstələyir.
Xatırladaq ki, iPhone 7-nin daxilində 4 nüvəli A10 Fusion çipi (3.3 milyard tranzistor) və 2 GB RAM mövcuddur.