Ənənəvi olaraq hər il payız aylarında keçirilən Apple təqdimatında bu dəfə yeni nəsil smartfonlar təqdim olunub. Yeni cihazlar ənənəvi iPhone dizaynında təqdim olunublar, lakin yeni rəng əlavə olunub — Jet Black (parlaq qara).
Smartfonların «Home» düyməsi artıq hərəkətsizdir və Taptic Engine texnologiyasına görə yüngül toxunuşla istifadə oluna bilir. iPhone-lar artıq IP67 standartına uyğun toz və sudan qorunma təxnologiyasına da sahibdirlər.
iPhone 7 tək modullu 12 mpxl. arxa kamera ilə təchiz olunub. iPhone 7 Plus modeli isə iki modullu kameralara sahibdir və 10x rəqəmsal «zoom» mövcuddur. Cihazın ön kamerası 7 mpxl. təşkil edir.
Yeni iPhone-ların displeyləri toxunma gücünə həssas qalıblar (3D touch texnologiyası). Korpusun üst hissəsində ikinci əlavə dinamik quraşdırılıb. 3.5-mm qulaqcıq yuvası isə ləğv edilib, əvəzində smartfon komplektində simsiz EarPods qulaqcıqları təqdim olunur.
Cihazların daxilində yeni 4 nüvəli A10 Fusion prosessoru mövcuddur, hansı ki, A9-dan 40%, A8-dən isə təxminən iki dəfə daha sürətlidir. Smartfonların batareyaları da gücləndirilib. Məsələn, Pokemon GO oyununu fasiləsiz 6 saat oynamaq mümkündür.
Minimal daxili yaddaş bu dəfə artılaraq 32 GB-dək çatdırılıb. 64 GB-lik versiyalar ləğv edilib, 128 və 256 GB isə artıq mövcuddur.
* 32GB — $649
* 128GB — $749
* 256GB — $849