Sınaqda iştirak edən flaqmanlar: Samsung Galaxy S7, Huawei P9, Apple iPhone 6s, HTC 10, Sony Xperia X, LG G5 və Samsung Galaxy S7 edge. İlk olaraq bütün smartfonlarda bərabər test şəraiti yaradılıb: SIM-kart çıxarılıb, Wi-Fi, Bluetooth, NFC söndürülüb, enerji səviyyəsi isə bütün smartfonlarda 100% göstəricisində təyin edilib. Displeylərin işıqlanma səviyyəsi də lüksometrlə ölçülərək hər bir smartfonda eyni səviyyəyə gətirilib.
Sınağın nəticələri Samsung-un Almaniya üzrə rəsmi YouTube kanalında izləyicilərə təqdim olunub. Beləliklə, ən pis nəticəni yalnız 6 saat 32 dəqiqə işləmə vaxtı ilə LG G5 smartfnu göstərdi. Növbəti pillədə Huawei P9 qərarlaşdı. Çin istehslaçısının flaqmanı 6 saat 52 dəqiqədən sonra söndü. Digər iki pillənin sahibləri təxminən 8 saat işləmiş Sony Xperia X və HTC 10 modelləri oldu. 3-cü yerdə 8 saat 14 dəqiqə aktiv qala bilmiş iPhone 6s qərarlaşdı. Qaliblər isə ilk iki pillədə yer alan Samsung S7 və Samsung S7 Edge flaqmanları oldu.