Yenicə təqdim olumuş HTC 10 flaqmanından fərqli olaraq S9 modeli əvvəlki nəsilə aiddir və M9 modeli ilə oxşar dizayna malikdir.
HTC S9 5 düymlük Full HD 1920×1080 genişlənməsinə malik Super LCD ekranla təchiz edilib. Ekran Gorilla Glass tipli müdafiə şüşəsi ilə örütülüb. Cihaza 8 nüvəli Mediatek Helio X10 (2 Ghz) prosessoru yerləşdirilib. Smartfonun daxili yaddaşı 16 GB, operativ yaddaşı (RAM) isə 2 GB təşkil edir, Micro SD yuvası mövcuddur.
Cihaz müvafiq olaraq 13 və 4 meqapiksellik avtofokuslu kameralarla təchiz edilib. Batareyanın həcmi 2840 mAh təşkil edib. Smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışır.
HTC S9 artıq Almaniyada 499 dollara satışa çıxarılıb.