Keçən həftə Apple 12 düymlük yeni MacBook-u təqdim etmişdi, hansı ki Intel-in 6-cı nəsil prosessoru ilə təchiz olunub.
iFixit mütəxəsislərinin araşdırmalarına görə yeni MacBook qeyri-rəsmi təmir müdaxiləsindən müdafiə olunub. Belə ki, MacBook-un sökülməsi əsnasında boltların üzərində xüsusi möhürlər aşkarlanıb. Eləcə də həmin boltların üzərinə xüsusi material yeridilib, hansı ki alət müdaxiləsi zaman dağılır. Beləcə şirkət istifadəçinin qeyri-rəsmi müdaxiləsini anlamış olacaq və zəmanəti ləğv edəcək.
iFixit işçiləri qeyd ediblər ki, daha öncə belə halla qarşılaşmayıblar.