spot_img
26 ноября, 2024

Virtual köməkçilər

Ağıllı telefon və tabletlərə əlavə edilən virtual köməkçi xüsusiyyətlərinin sayəsində artıq cihazlara toxunmadan onları səsli əmr verib idarə etmək olar. Ancaq virtual köməkçilər bununla qalmır və istifadəçilərin sirdaşı belə ola bilir.

Virtual_komekci_1

Həyatımızı asanlaştıran ağıllı cihazlar indi də virtual köməkçilərlə birlikdə səhnəyə çıxır. Ağıllı telefon və tablet kimi yeni nəsil cihazların hamısı artıq toxunmadan idarə oluna bilər. Virtual köməkçili ağıllı telefonlar sadəcə idarəolunma deyil, eləcə də səsli verilən suallara cavab verməyə, hətta sizə sirdaş belə olmağa qadirdir. Aparılan araşdırmalara görə ağıllı telefonunda və ya tabletində virtual köməkçi xüsusiyyəti olan istifadəçilərin 31%-i bu xidmətdən hər gün faydalanırlar. 2015-ci ilin sonuna doğru bu rəqəmin 50%-ə yüksəlməsi proqnozlaşdırılır.

Virtual köməkçiyə aşiq olmaq

Virtual_komekci_4Virtual köməkçilərın həyatımıza girməsi istifadəçi alışqanlıqlarımızı və ümumiyyətlə həyat tərzimizi tamamilə dəyiştirəcək kimi görünür. Bu fikirdən yola çıxan Hollivud prodüserləri son dönəmdə virtual köməkçilərın necə bir inqilab yarada biləcəyini kino ekranlarında əks etdirməyə başlayıblar. Belə filmlərin ən çox diqqət çəkəni yaxınlarda kinoprokata buraxılan «O» («Her») filmi oldu. Filmin baş qəhrəmanı tənha yazıçı Teodor yüklədiyi süni intellektli əməliyyat sisteminə aşiq olur. Ancaq Teodor virtual köməkçinin bir çox kişi ilə əlaqədə olduğunu öyrəndikdən sonra bu eşq məhv olur. Əyər sizin ağıllı telefonunuzda və ya tabletinizdə virtual köməkçi varsa, bu filmi mütləq izləməyinizi məsləhət görürük. Yeri gəlmişkən, MPAA reytinq sisteminə görə «R» kateqoriyasına (yəni, 17 yaşa qədər uşaqların bu filmi yetkinlərin müşayiətində baxmaları tövsiyyə olunur) aid edilmiş bu film ABŞ Milli Kinokritiklər Şurasının qərarı ilə 2013-cü ilin ən yaxşı filmi seçilib, eləcə də orijinal ssenari qismində Amerika kinoakademiyasından «Oskar» alıb.

Başbaşa verib söhbət etmək

Joe Belfiore

Microsoftun mobil əməliyyat sistemi Windows Phone 8 ilə istifadəçilərə təqdim olunan Kortananın ən cəlbedici xüsusiyyətlərindən biri onun olduqca təbii həmsöhbət təəssüratı bağışlamasıdır. Nə deyəcəyinizi bilmirsinizsə heç narahat olmayın, Kortanaya müraciət etmək adi insana müraciət etmək qədər sadədir. Windows Phone əməliyyat sistemi ağıllı telefonların arama düyməsinə basaraq istifadə oluna bilən Kortana sizin sözlərinizin mənasından əmin olmayanda nə demək istədiyinizi təxmin etməyə çalışır.

Virtual_komekci_3

Kortana ilə işlərinizi səssizcə həll etmək istəyirsinizsə Microsoftun virtual köməkçisini yazaraq da işlədə bilərsiniz. Kortana hələlik sadəcə Windows Phone 8 əməliyyat sistemində yer alır. Lakin önümüzdəki dönəmdə Microsoft Kortananı iOS və Android əməliyyat sistemlərində də təqdim etməyə hazırlaşır.

Əsl köməkçi

Android 4.1-dən sonrakı əməliyyat sistemləri ilə istifadəçilərə təqdim olunmağa başlayan Google Now virtual köməkçisi səslə idarə olunsa da, bəzən söylədiklərinizi yazanda eyni nəticələri əldə etməyə bilərsiniz. Google Now lokal nəticələri təqdim etməklə yanaşı iş qrafikinizi tənzimləyə bilir, dostlarınıza diktə edərək mətn mesajları göndərə bilir.

Google Plus Photo: Alex Washburn / Wired

Başqa sözlə Google Now tam bir köməkçi kimi işləyir. Sizin nə edəcəyinizi əvvəlcədən götür-qoy edib onları müxtəlif servislər vasitəsilə həyata keçirməyə kömək edir. Android əməliyyat sistemli ağıllı telefonlarda istifadə olunan Google Now nə azərbaycan, nə də türk dilində dəstəklənmir və hələlik bu servisdən Avropa dillərində, o cümlədən, rus dilində faydalana bilərsiniz.

Türkdilli köməkçi

Virtual köməkçi servisini istifadəçilərə təqdim edən ilk şirkət Apple olmuşdur. Apple-ın Siri adlı səsli köməkçi xidməti aprel ayının əvvəllərində türkdilli dəstəklə Türkiyədə dərhal populyarlıq qazandı. iPhone, iPad və iPod modellərində istifadə oluna bilən Siri bu cihazların üzərindəki yumru düymə ilə aktivləşir.

Virtual_komekci_9

Istifadəçiləri dinləyə dilən Siri ilə Apple cihazlarının bir çox imkanlarını artıq türk dilində səsli əmr verib işə salmaq və idarə etmək olar. Bunların arasında ismarıc göndərmək, nömrə aramaq, elektron məktub göndərmək, hava proqnozu ilə tanış olmaq, saatı öyrənmək başda olmaqla bir çox funksiyalara hakim olan Siri həmin funksiyalar qismində səsli verilən suallara türk dilində səsli cavab verə bilir. Hal-hazırda Siri iOS 8.3 əməliyyat sistemi çırçivəsində pulsuz təqdim olunur.

Batareyanin enerji ehtiyatina diqqət

Virtual_komekci_8

Virtual köməkçilərin istifadə olunması əyləncəli və asan olsa da digər tərəfdən ağıllı telefon istifadəçilərinin baş ağrısıdır. Belə ki, səsli əmri qəbul edən virtual köməkçi uyğun cavab hazırlamaq üçün dərhal İnternetdə axtarışa keçir. Bu isə təbii olarak əməliyyat sisteminin daha çox işləməsinə, beləliklə, batareyanın daha tez bitməsinə yol açır. Bu səbəbdən çalışın, səsli köməkçiləri batareyanın dolu olduğu və ya onu problemsiz bərpa edə biləcəyiniz mühitdə istifadə edin.

Anekdot danişdi

Virtual_komekci_2

Sirinin türk dilində xidmət göstərməyə başlaması ilə bir çox iPhone istifadəçisi müxtəlif səsli əmr verib Sirini sınağa çəkdi. Suallarını sosial şəbəkələrdə yayılmayan istifadəçilər Sirinin verdiyi cavablara çox təəccübləndilər. Virtual köməkçiyə compliment deyən türkçə “devrelerim titredi” (“mikrosxemlərim əsdi”) cavabını aldı. Siriyə hətta türklərin məşhur Temel anekdotlarını danışdıranlar da oldu.

Ümid edək ki…

Virtual_komekci_5

Virtual köməkçilərin nə vaxt Azərbaycan dilində danışmağa başlayacaqları barədə təəssüf ki, konkret proqnoz vermək son dərəcə çətindir. Deyəsən bizə bu məsələdə sadəcə ümidimizi itirmədən səbr etmək qalır.

 

Məqalədə Türkiyənin «Hürriyet» qəzetində dərc olunmuş materiallardan iftifadə olunub: http://www.hurriyet.com.tr/teknoloji/28711693.asp

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -