spot_img
21 ноября, 2024
ДомойТелекомСобытия"ULTRA Texnologiyalar" FND ilə əməkdaşlığa başlayır

«ULTRA Texnologiyalar» FND ilə əməkdaşlığa başlayır

ULTRA şirkəti dünyanın məşhur FND (Future Network Development) şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən ULTRA beynəlxalq provayder xidmətlərinin unikal qrupu olan FND-nin Azərbaycanda yeganə təmsilçilik hüququ qazanır. Beynəlxalq əməkdaşlıq razılaşmalarına əsasən fəaliyyət göstərən “Future Network Development” dünyanın 50-dən artıq ölkəsini əhatə edir. Bağlanmış müqavilə tikinti layihələrinin idarə edilməsi üçün çoxfunksiyalı “AstaPowerproject” və “TILOS” proqram təminatlarının hazırlanması üzrə əməkdaşlıq istiqamətini nəzərdə tutur.

Ultra_LogoTİLOS əsasən xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş “zaman – məsafə planlaşdırma” əsaslı proqram təminatıdır. Yerləşdiyi yerdən asılı olmayaraq asan istifadəsinə görə müştərilərin etibarını qazanmış TİLOS xətti layihələrinin idarə edilməsi sektorunda əhəmiyyətli bir kəşfdir. Bu bütün dünyada müxtəlif növlü sənayelərdə onlarla layihə rəhbərləri tərəfindən istifadə olunan yüksək səviyyəli müasir proqram təminatıdır. Müəssisədə nailiyyətlər, məhdud zaman resursu və layihələrin tez başa çatması üçün TİLOS, layihənin həcm və zaman resursu arasında boşluğu həqiqətən doldurmağa imkan yaradır.

FND

Layihəni ekranda əks etdirməklə, onu asanlıqla planlaşdırmağa imkan verən sistem, eyni zamanda, məkan və istehsal baxımından sıralamanı təmin edən kritik yol texnologiyasının “zaman-məsafə” diaqramları tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysinə malikdir. Bu da öz növbəsində planların tərtib edilməsi zamanı maksimal çevikliyi təmin edir. Çevik görünüş sistemi, xüsusi tələbləri maksimal fərdiləşdirməyi təmin edir ki, bunun nəticəsində də, icra olunan bir və daha çox layihələrdən bütün layihəni, yaxud ətraflı şəkildə planları görmək üçün bir sıra subplanları ekrana əlavə etməyə imkan verir. Verilənlərin inteqrasiyasını təmin edir.TİLOS qrafikləri o cümlədən, fəaliyyət, əlaqələr, resurslar, yüksəlmə və məhsuldarlıq profilləri kimi verilənləri idxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini aradan qaldırır.

Məsafəyə əsasən hesablama funksiyası TİLOS-a iş parametrlərini məsafə qiymətlərinə əsasən hesablamağa imkan verir. Məsələn, dəmir yolun tikintisi zamanı şpal hər 0,667 m quraşdırılır. Tapşırığın müddətinə əsasən TİLOS tələb olunan şpalları və onları daşımaq üçün vaqonların sayını hesablamaqla qiymət və resurslara da tam nəzarət edir. TİLOS kitabxanada şablon və resurs atributlarının göstərilməsi və onlarla iş imkanlarını təmin edir. Tapşırığı adi xətt kimi çəkmək, fon rejimində səy göstərməməklə prosesin sürətini müəyyən etmək, iş parametrləri, resursların təyinatı və onların qiymətini hesablamaq deməkdir. Tələbləri hazırlamaq üçün əsas şərtləri dəyişir. Hər hansı fərqləri müəyyənləşdirmək və vurğulamaq üçün baza parametrləri əsasında planlaşmış cədvəli həqiqi cədvəllə müqayisə etməyə imkan verir.

TİSOL CAD sistemlərinə oxşar hər hansı ölçüdə olan yüksək keyfiyyətli qrafikləri tərtib edir, investisiyadan tez mənfəət götürməyə və yeni layihələrdə daimi qənaətə şərait yaradır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -