“Synergy Group”a daxil olan “Cybernet” şirkətinin stendi Bakutel-2014 sərgisinin təşkilatçıları tərəfindən “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq görülmüşdür.
2-5 dekabr tarixlərində telekommunikasiya və informasiya texnologiyaları sektorunun təbliği məqsədilə keçirilmiş “Bakutel” sərgisində “Cybernet” şirkəti fəal iştirak etmişdir. Orijinal stendi ilə seçilən şirkət yerli və əcnəbi qonaqların diqqətini cəlb etmişdir. Müxtəlif sahələrdən olan iş adamları, dövlət orqanlarının nümayəndələri İT həllər üzrə onları maraqlandıran suallarla şirkətin mütəxəssislərinə yaxınlaşaraq, müzakirələr aparmış, təklif olunan məhsul və xidmətlərlə tanış olmuşlar. Tədbirdə iştirak etmiş bəzi dövlət və özəl şirkətlərin təmsilçiləri ilə gələcəkdə tərəfdaşlıq sazişi üzrə bir sıra razılaşmalar əldə olunmuşdur.
Xatırladaq ki, 10 illik fəaliyyət təcrübəsi olan “Cybernet” şirkəti sərgidə ziyarətçilərə dövlət və özəl qurumlarının elektronlaşdırılması, elektron həllərin yaradılması (sənəd dövriyyəsi), iri həcmli məlumat mərkəzlərinin (data center) və təhlil sistemlərinin yaradılması, yanacaq doldurma məntəqələrinin avtomatlaşdırılması və s. kimi həllər təqdim etmişdir