IHS Markit analitik şirkətinin ekspertlərinin araşdırmalarına əsasən, cari ilin ilk rübündə smartfon istehsalçıları bazara 344.5 milyon cihaz təqdim edib. Ən populyar smartfon isə iPhone X olub. Apple şirkətinin «yubiley» mobil cihazı bazara 12.7 milyon ədəd çıxarılıb.
İkinci ən populyar cihaz iPhone 8 olub. Cari ilin ilk rübündə bu smartfondan bazara 8.5 milyon ədəd təqdim edilib. Ümumilkdə isə ilk beşliyə Samsung Galaxy Grand Prime Plus, iPhone 8 Plus və Galaxy S9 Plus smartfonları daxil edilib.