Geekbench adlı populyar bençmarkın məlumat bazasında Dipper kod adlı Xiaomi smartfonu qeyd edilib. Bildirilir ki, bu, flaqman Xiaomi Mi 7 smartfonudur. Məlumatlara əsasən, smartfon 1 nüvəli testdə 2449, çoxnüvəli testdə isə 8309 bal yəğa bilib.
Geekbench-ə görə Xiaomi Mi 7 8 nüvəli Qualcomm Snapdragon 845 prosessoru, 6 GB RAM və Android 8.0 Oreo əməliyyat sistemi ilə təchiz ediləcək. Bundan başqa, OLED displey, NFC modul, 3170 mAh-lik batareya da öz təsdiqini tapıb.
Xatırladaq ki, Xiaomi Mi 7 smartfonu cari ilin ikinci rübündə satışa çıxarılacaq.