spot_img
25 ноября, 2024
ДомойТехнологииHardwareAzərbaycanda internet istifadəçilərinin sayı 8 milyona çatır – YENİ STATİSTİKA

Azərbaycanda internet istifadəçilərinin sayı 8 milyona çatır – YENİ STATİSTİKA

Azərbaycanda internet istifadəçilərinin sayı artmağa davam edir. Yeni hesabatda bu göstəricinin 8 milyona yaxınlaşdığı bildirilir. Amma müxtəlif mənbələrdə bu göstəricidə fərqli rəqəmlər var.

Azərbaycanda aktiv internet istifadəçi sayı / müxtəlif mənbələrə əsasən:

  • Internet World Stats – 7.8 milyon
  • ITU (International Telecommunication Union) – 7.72 milyon
  • Internet Live Stats – 6.03 milyon
  • CIA World Factbook – 7.72 milyon

“Hootsuite” və “We Are Social” mərkəzinin hesabtında qeyd edilir ki, ölkəmizdəki internet istifadəçilərinin, həmçinin sosial media istifadəçilərinin sayı ötən illə müqayisədə artıb. İnternet istifadəçi sayı son bir ildə 3%, sosial media istifadəçi sayı isə 29% artıb.

Baxmayaraq ki, sosial media istifadəçi sayının reallıqla üst-üstə düşməməsi ehtimal var. Çünki hesabatda ölkəmizdəki sosial media istifadəçi sayının 2.7 milyon olduğu göstərilir. Halbuki, müxtəlif hesablamalar bu göstəricinin 3 milyondan çox olduğunu ehtimal etməyə əsas verir. Orkhanrza.com’da bu haqda müxtəlif statistik məlumatlar yer alıb.

Ölkədə aktiv olan mobil cihazların sayı 11 milyondan çoxdur. Son bir ildə 1 milyona yaxın yeni mobil cihaz istifadə olunmağa başlanılıb.

İNTERNET İSTİFADƏSİ

Ölkədə istifadə olunan internetin 39%-i kompüter və noutbuk vasitəsilə, 59%-i mobil telefon vasitəsilə, qalan hissəsi isə  planşet və digər cihazlar vasitəsilə istifadə edilib. Son bir ildə kompüter və noutbukda istifadə olunan intetnetin həcmi 15% azalıb, smartfonlarda istifadə olunan internetin həcmi isə 15% artıb. Bu da smartfonda keçirilən vaxtın artmasını göstərir.

ONLINE ÖDƏNİŞLƏR

Statistikada qeyd olunur ki, ölkədə bank (kredit) kartı olanların sayı ümumi əhalinin 9%-ni təşkil edir (Bu göstərici də müzakirə olunmalı göstəricidir. Real göstəricinin bundan bir neçə dəfə çox olması ehtimalı var).

Əhalinin 4%-i online ödəniş edir. Cins tərkibinə görə baxsaq, kişilərin 6%-i, qadınların isə 3%-i online ödəniş edir.

Mənbə: Orxan Rzayevin bloqu.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -