Bloomberg bildirir ki, Apple şirkəti öz tarixində ən bahalı alış əməliyyatına imza atacaq. Belə ki, şirkət Toshiba-nın hissələrini əldə etməyə çalışacaq. Bain Capital investisiya şirkəti və yaddaş mikrosxemləri istehsalçısı SK Hynix-in də yer aldığı konsorsiuma Apple 3 milyard dollar ödəməyə hazırdır. Ümumilikdə isə Apple Toshiba-ya 22 milyard dollar ödəmək fikrindədir.
Lakin, Toshiba-nın bu hissələrinə yalnız Apple maraq göstərmir. İri şirkətlər arasında Western Digital və Foxconn-u da qeyd edə bilərik, hansılar ki, bu hissələri satın almaqda maraqlıdır.