Honor iki yeni humanoid robotunu təqdim edib — Lightning və Energetic Boy. Şirkət nümayəndələrinin sözlərinə görə, hər iki model 19 aprel tarixində Çində keçiriləcək marafonda iştirak edəcək.
Rəsmi tizerə əsasən, Lightning modeli qırmızı rəngdə və mavi işıq effektləri ilə dizayn olunub. Energetic Boy isə daha klassik humanoid görünüşə malikdir və gümüşü rəngdə təqdim edilib.
Şirkət bildirir ki, Lightning ən son Artificial Intelligence texnologiyaları ilə təchiz olunub. Xüsusilə, sürətli hərəkət üçün hazırlanmış idarəetmə alqoritmləri, eləcə də real vaxtda qərarvermə və mühitin qavranılması sistemləri robota insan müdaxiləsi olmadan çevik reaksiya verməyə imkan yaradır.
Çində keçiriləcək 21 km məsafəni əhatə edən marafon robotlar üçün ciddi sınaq olacaq. Marşrut şəhər yollarını, yarış traslarını və park zonasını birləşdirir. Bu isə müxtəlif şəraitlərdə robotların dayanıqlığını və performansını yoxlamağa imkan verəcək.
Paylaşılan videotizerdə Lightning robotunun test qaçışı nümayiş etdirilib. Sınaqlar zamanı naviqasiya, sürətə nəzarət və fövqəladə hallara reaksiya kimi əsas funksiyalar yoxlanılıb.






