spot_img
1 апреля, 2026
ДомойAVКинематографAmazon “Fallout”un 2-ci mövsümünün baxış sayını açıqladı

Amazon “Fallout”un 2-ci mövsümünün baxış sayını açıqladı

Amazon məşhur Fallout serialının ikinci mövsümünün baxış statistikasını açıqlayıb. Göstəricilər bir qədər azalsa da, layihə hələ də platformanın ən uğurlu işlərindən biri olaraq qalır.

Məlumata görə, 16 dekabr 2025-ci ildə yayımlanan ikinci mövsüm premyeradan 13 həftə sonra 83 milyon izləyici həddini keçib. Bu nəticə ilə Fallout Amazon üçün ən uğurlu seriallardan birinə çevrilib və yalnız Reacher serialının ikinci mövsümündən geri qalır.

Müqayisə üçün, ilk mövsüm 100 milyondan çox baxış toplamışdı. Lakin burada vacib detal var: Amazon izləyici sayını hesablarkən seriala sadəcə bir neçə dəqiqə baxan istifadəçiləri də statistika daxil edir. Yəni 83 milyon nəfərin neçəsinin serialı tam izlədiyi məlum deyil.

Buna baxmayaraq, layihənin uğuru şübhə doğurmur. Serial artıq davam üçün təsdiqlənib — üçüncü mövsümün çəkilişləri bu yay başlayacaq və premyerası 2027-ci ilin sonuna planlaşdırılır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,791ФанатыМне нравится
1,030ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -