ДомойAVКинематографNetflix PUBG oyunu əsasında serial çəkir – baş rolda Donald Qlover olacaq

Netflix PUBG oyunu əsasında serial çəkir – baş rolda Donald Qlover olacaq

Videooyunların ekranlaşdırılması davam edir. Bu dəfə Netflix məşhur PUBG döyüş oyununu serial formatında təqdim etməyə hazırlaşır. Layihənin baş rolunu «Atlanta» serialı və «Han Solo: Ulduz müharibələri. Hekayələr» filmi ilə tanınan Donald Qlover canlandıracaq.

Qlover yalnız aktyor kimi kamera qarşısına keçməyəcək. O, serialın ssenarisinin yazılmasında, rejissorluğunda və icraçı prodüserliyində də iştirak edəcək. Layihədə onun qardaşı Stiven Qlover də çalışacaq. Məlumata görə, serial uzunmüddətli danışıqlardan sonra istehsal mərhələsinə keçə bilib.

Qardaşlar daha əvvəl tənqidçilərin rəğbətini qazanan və bir neçə nüfuzlu mükafata layiq görülən «Atlanta» serialı üzərində birlikdə işləyiblər. Donald Qlover bu layihəyə görə aktyorluq və rejissorluq sahələrində iki «Emmy» mükafatı qazanıb.

Hələlik PUBG serialının süjeti və digər aktyor heyəti barədə məlumat açıqlanmayıb. Layihənin nə vaxt yayımlanacağı da məlum deyil.

Qeyd edək ki, PUBG-ni ekranlaşdırmaq üçün ilk cəhd bu deyil. 2021-ci ildə «Castlevania» və «Devil May Cry» animasiya seriallarının prodüseri Adi Şankar tərəfindən hazırlanacaq animasiya layihəsi elan edilmişdi. Lakin o vaxtdan bəri bu barədə demək olar ki, heç bir xəbər yoxdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,693ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -