spot_img
26 марта, 2026
ДомойТехнологииАвтомобилиSony və Honda Afeela elektromobil layihəsindən imtina etdilər

Sony və Honda Afeela elektromobil layihəsindən imtina etdilər

SonyHonda şirkətlərinin birgə elektromobil layihəsi gözlənilmədən dayandırılıb. Sony Honda Mobility rəsmi olaraq Afeela xəttinin – həm Afeela 1, həm də Afeela 2 modellərinin hazırlanması və bazara çıxarılmasının ləğv edildiyini açıqlayıb.

Şirkətin bəyanatına əsasən, bu qərar 12 mart 2026-cı ildə Honda tərəfindən elan edilən yeni elektrikləşdirmə strategiyası və elektromobil bazarındakı dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər nəticəsində layihənin əsasını təşkil edən ilkin planlar – xüsusilə Honda tərəfindən təqdim olunmalı texnologiyalar və resurslar – köklü şəkildə yenidən nəzərdən keçirilib.

Bunun nəticəsində Sony Honda Mobility yalnız ilk model olan Afeela 1-dən deyil, ümumilikdə layihənin gələcək istiqamətindən də geri addım atmaq qərarına gəlib. Hazırda tərəflər birgə müəssisənin gələcək fəaliyyətini yenidən dəyərləndirir.Afeela layihəsi hələ 2020-ci ildən inkişaf etdirilirdi və avtomobil sənayesi ilə rəqəmsal texnologiyaların sintezi kimi təqdim olunurdu. Xüsusilə Sony bu avtomobili “təkərlər üzərində smartfon” konsepti kimi irəli sürmüşdü. Lakin illər ərzində elektromobil bazarı kəskin dəyişdi: rəqabət artdı və bu konsepsiya əvvəlki kimi unikal görünməməyə başladı.

Maraqlısı odur ki, layihənin dayandırılması olduqca gözlənilməz oldu. Çünki cəmi bir neçə ay əvvəl – CES 2026 sərgisində – şirkətlər Afeela elektrik krossoverinin prototipini nümayiş etdirmişdi. Hətta Afeela 1 modelinin satışa çıxarılması 2026-cı ilin sonuna planlaşdırılırdı.

İndi isə layihənin taleyi sual altındadır. Sony Honda Mobility-nin tamamilə bağlanacağı, yoxsa yeni istiqamətdə fəaliyyət göstərəcəyi hələlik məlum deyil.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,795ФанатыМне нравится
1,029ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -