spot_img
5 марта, 2026
spot_img
ДомойТелекомСобытияAzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu - Fotolar

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu — Fotolar

AZCON Holding şirkətlərindən olan «AzInTelecom» MMC bizneslərin rəqəmsallaşdırılması ilə bağlı iki tədbirdə – «Comelson İnnovasiya Forumu» və «Mühasib İnkişaf Forumu»nda iştirak edib.

28 fevral tarixində keçirilən “Comelson İnnovasiya Forumu”nda «AzInTelecom»un Marketinq şöbəsinin müdiri Murad Əhmədov SİMA Rəqəmsal Həllər Platformasının imkanları barədə danışıb. Forum boyu fəaliyyət göstərən xüsusi stenddə isə iştirakçılar şirkətin ən son rəqəmsal məhsulları ilə yaxından tanış olub və əməkdaşlıq imkanları müzakirə edilib.

1 mart tarixində «VM Group Academy» ilə birgə təşkil olunan “Mühasib İnkişaf Forumu”nda AzInTelecom-un Məhsul və xidmətlər şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli çıxış edərək rəqəmsallaşmanın biznes proseslərinə verdiyi töhfələri qeyd edib. Forumun spikeri Murad Əhmədov «SİMA İmza»nın biznes həlləri mövzusunda çıxış edərək platformanın mühasiblər üçün yaratdığı üstünlüklər barədə danışıb. Forumda 200-dən çox mühasib iştirak edib və interaktiv sessiyada iştirakçılar tərəfindən gələn suallar ətraflı cavablandırılıb. Sonda keçirilən lotereyada seçilən 5 şanslı qalibə xüsusi hədiyyələr təqdim olunub.

Hər iki tədbir «AzInTelecom» üçün biznes icmaları ilə birbaşa təmas qurmaq, innovativ yanaşmaları paylaşmaq və rəqəmsal imza ekosistemini genişləndirmək baxımından uğurlu platforma rolunu oynayıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,805ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -