spot_img
26 февраля, 2026
spot_img
ДомойAI / MLGoogle ProducerAI süni intellekt servisini satın aldı

Google ProducerAI süni intellekt servisini satın aldı

Google süni intellekt istiqamətində növbəti böyük addımını ataraq musiqi generasiyası ilə məşğul olan ProducerAI platformasını rəsmi şəkildə satın aldığını elan edib. Yeni servis şirkətin eksperimental Labs bölməsinə inteqrasiya olunacaq və ən son Lyria 3 modeli ilə işləyəcək.

ProducerAI istifadəçilərə sadəcə mətn təsviri vasitəsilə sıfırdan musiqi yaratmağa imkan verir. Platformada müsiqilərin ayrı-ayrı elementlərini redaktə etmək, remiks hazırlamaq, alətləri dəyişmək və kompozisiyanın strukturunu addım-addım formalaşdırmaq mümkündür. Sistem yalnız avtomatik generasiya ilə məhdudlaşmır — istifadəçi ideyanı inkişaf etdirərək səsi istədiyi istiqamətdə dəyişə bilir.

Google ekosisteminə inteqrasiyadan sonra platformanın imkanları daha da genişlənəcək. Şirkətin digər AI modelləri vasitəsilə musiqilər üçün avtomatik albom şəkilləri və hətta musiqi videoları yaratmaq funksiyası da əlavə olunacaq.

Layihə artıq musiqi sənayesinin diqqətini cəlb edib. ProducerAI komandası məşhur elektron musiqi dueti The Chainsmokers və digər ifaçılarla əməkdaşlıq edib. Musiqiçilərin sözlərinə görə, servis təsadüfi nəticə təqdim edən alətlərdən fərqli olaraq real yaradıcılıq prosesinə daha yaxın təcrübə yaradır.

Razılaşmadan sonra ProducerAI ayrıca servis kimi fəaliyyətini davam etdirəcək, lakin Google-un geniş süni intellekt ekosisteminin bir hissəsinə çevrilərək şirkətin texnoloji resurslarından istifadə edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,814ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -