spot_img
19 февраля, 2026
spot_img
ДомойAI / MLGoogle musiqi yaradan yeni AI modeli Lyria 3-ü təqdim etdi

Google musiqi yaradan yeni AI modeli Lyria 3-ü təqdim etdi

Google süni intellekt platforması Gemini-nin imkanlarını genişləndirərək yaradıcılığa yönəlmiş yeni alət — Lyria 3 modelini istifadəyə verib. Yeni neyroşəbəkə beta versiyada təqdim olunub və mətn, şəkil və hətta videolar əsasında musiqi yaratmağa imkan verir.

Şirkətin sözlərinə görə, Lyria 3 kifayət qədər mürəkkəb və real səslənən kompozisiyalar generasiya edə bilir. İstifadəçilər musiqinin stilini, tempini, vokal xüsusiyyətlərini və digər parametrləri dəqiq şəkildə tənzimləyə bilirlər. Hətta mahnı sözlərini ayrıca yazmağa ehtiyac yoxdur — model bu prosesi də avtomatik həyata keçirir.

Prompt kimi istifadə olunan təsvirə janr, əhval-ruhiyyə, istənilən alətlər, zarafat və ya şəxsi xatirələr əlavə etmək mümkündür. Süni intellekt foto və videolardan da məlumat “oxuyaraq” uyğun atmosferə malik trek yarada bilir.

Yaradılan musiqilərin maksimal uzunluğu 30 saniyədir. Treklər Nano Banana tərəfindən generasiya edilən orijinal vizual dizaynla təqdim olunur, onları dinləmək, yükləmək və paylaşmaq mümkündür. Google bildirir ki, məqsəd tam musiqi şah əsəri yaratmaq deyil, istifadəçilərə yeni və qeyri-adi özünüifadə üsulu təqdim etməkdir.

Gemini tətbiqində yaradılan bütün materiallar onların süni intellekt tərəfindən hazırlandığını göstərən gizli SynthID nişanı ilə işarələnir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,817ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -