spot_img
5 декабря, 2025
spot_img
ДомойТехнологииАвтомобилиTesla Avropada daha ucuz Model 3 versiyasını satışa çıxardı

Tesla Avropada daha ucuz Model 3 versiyasını satışa çıxardı

Tesla Avropadakı rəqabətin güclənməsinə cavab olaraq Model 3-ün yeni, daha əlçatan versiyasını təqdim edib. 4 dekabrdan etibarən Avropa bazarında satışa çıxarılan Model 3 Standard şirkətin sözlərinə görə, elektrikli avtomobillərə olan tələbi canlandırmağa hesablanıb.

Bu addım Tesla-nın son aylarda həyata keçirdiyi qiymət strategiyasının davamıdır. Oktyabrda şirkət Avropada daha ucuz Model Y versiyasını istifadəyə vermişdi. Həm yerli, həm də Çin istehsalçılarının ucuz elektromobil modelləri təqdim etməsi fonunda Tesla bazar payını qorumağa çalışır.

Yeni Model 3 Standard artıq bir sıra ölkələrdə sifarişə açılıb:

  • Almaniya: 37 970 avro

  • Norveç: 330 056 kron (təxminən 32 700 dollae)

  • İsveç: 449 990 kron (təxminən 47 820 dollar)

Modelin ABŞ versiyası oktyabrda təqdim edilmişdi, orada avtomobilin qiyməti 36 990 dollar təşkil edirdi.

Model 3 ilk dəfə 2016-cı ildə kütləvi bazar üçün uyğun, münasib qiymətli elektromobil kimi tanıdılmış, 2017-ci ildə isə seriyalı istehsala başlamışdı. Bu illər ərzində model bir neçə dəfə yenilənərək daha müasir görünüş və avadanlıq qazanıb.

Bu arada Tesla şirkət daxilində çətin dövr yaşayır: son aylarda satış dinamikasının qeyri-sabitliyi fonunda Cybertruck, Model 3 və Model Y proqramlarının bir neçə əsas rəhbəri işdən ayrılıb.

İlon Mask isə bildirib ki, Tesla avtomobillər və data-mərkəzlər üçün nəzərdə tutulan yeni AI5 çipinin hazırlanmasında son mərhələyə keçib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,842ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -