Adətən Apple cihazlarının yalnız istifadəçi imkanlarından danışırdı, amma bu dəfə şirkət istehsalatın texniki tərəflərini də paylaşdı. Şirkət Watch Ultra 3, Watch Series 11 və nazik iPhone Air-in korpuslarının əvvəl “mümkün sayılmayan” texnologiya ilə necə hazırlandığını açıqladı.
Apple-ın məlumatına görə, Watch Ultra 3 və Watch Series 11 korpusları təkrar emal olunmuş titan tozundan 3D-çap texnologiyası ilə istehsal olunur. Şirkət bildirir ki, bu səviyyədə kütləvi 3D-çap əvvəllər mümkün hesab edilmirdi və bu prosesi işə salmaq üçün bütün mühəndis və istehsal komandaları birgə çalışmalı olub.
Yeni texnologiya məhsul keyfiyyətinə də ciddi təsir göstərib. Apple-ın sözlərinə görə, Apple Watch Series 11 və Watch Ultra 3 (cellular versiyalar) artıq daha yüksək suya davamlılıq səviyyəsinə malikdir, iPhone Air üçün isə USB-port ətrafında çox nazik, amma möhkəm bir korpus elementi çap etmək mümkün olub — bu da klassik üsullarla əldə etmək çətin idi.
İnnovativ proses Apple-a xammala qənaət etməyə də imkan verib. Təkcə 2025-ci ildə şirkət 400 tondan çox işlənməmiş titana qənaət edəcək, titan istifadəsi isə ümumilikdə 50% azalaraq yarıya düşüb. Bu həm iqtisadi, həm də ekoloji baxımdan böyük üstünlükdür.
Apple əlavə edir ki, bu texnologiya şirkəti 2030-cu ilə qədər karbon neytral olma məqsədinə daha da yaxınlaşdırır.





