Lumia şirkəti sağlamlıq göstəricilərini qulaq vasitəsilə izləyən innovativ qurğunu — Lumia 2 ağıllı sırğasını təqdim edib. Bu cihaz beyin qan dövranını real vaxtda ölçərək daimini monitorinq imkanı yaradır.
Lumia 2-nin sensor texnologiyası Kronik qan dövranı pozuntularından əziyyət çəkən insanlara kömək məqsədilə Con Hopkins Universiteti, Dyuk Universiteti və Harvard tədqiqatçıları ilə birlikdə hazırlanıb. Şirkət bu texnologiyanı daha əlçatan etmək üçün onu sırğa formasına salıb — cihazın əsas hissəsi Lumia Core adlanır.
Lumia Core dəyişdirilə bilən moduldur və optik sensor, digər sağlamlıq sensorları, prosessor və batareyadan ibarətdir. O, sırğanın görünən ön hissəsinə bərkidilir. Şirkətin patentli SwitchBack mexanizmi Lumia Core-un əksər qandal tipli sırğalara uyğun quraşdırılmasına imkan verir. Qulağı deşilməmiş insanlar üçün manjet formasında ayrıca versiya da mövcuddur. Bütün dəstin çəkisi 1 qramdan azdır.
Digər ağıllı aksessuarlar kimi, Lumia 2 də yuxu, bədən temperaturu və menstrual dövrü izləyir. Ancaq fərqli olaraq, məlumatlar qulaq vasitəsilə toplandığı üçün şirkətin iddiasına görə monitorinq daha dəqiq və fasiləsiz olur. Bunun laboratoriyadan kənarda nə dərəcədə effektiv işləyəcəyi isə hələ təsdiqlənməlidir.
Qurğu gün boyu — duş qəbul edərkən, idman zamanı və yatarkən belə — rahat istifadə üçün nəzərdə tutulub. Batareya 5–8 gün işləmə müddəti təmin edir.





