spot_img
2 августа, 2025
spot_img
ДомойТехнологииApple üçün inanılmaz nəticə: Şirkət üçüncü maliyyə rübündə 94 milyard dollar qazandı

Apple üçün inanılmaz nəticə: Şirkət üçüncü maliyyə rübündə 94 milyard dollar qazandı

Apple 2025-ci ilin üçüncü maliyyə rübündə 94 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,63 % və ya 8,2 milyard dollar çoxdur. Nə siyasi gərginliklər, nə də ticarət müharibələri şirkətin uğuruna əngəl ola bildi: xalis mənfəət də 9,26 % artaraq 23,43 milyard dollara çatdı.

Bu maliyyə sıçrayışına əsas töhfəni iPhone və MacBook satışları verib. Smartfon satışları 13,45 % artaraq 39,2 milyard dollardan 44,5 milyard dollara yüksəlib, kompüter satışları isə 14,8 % artıb. Ən sürətlə inkişaf edən sahələrdən biri isə xidmətlər olub — bu seqment 13,26 % böyüyüb.

Apple həmçinin yeni bir rekorda imza atıb: bu rübdə satılan iPhone-ların ümumi sayı 3 milyardı keçib. Müqayisə üçün: ilk milyard iPhone satışı üçün Apple-a təxminən 10 il lazım olmuşdu. İkinci milyarda 5 il, üçüncü milyarda isə cəmi 4 il kifayət edib.

Bu da təəccüblü deyil: iPhone satışları şirkətin ümumi gəlirinin 47,4 %-ni təşkil edir.

Apple-ın növbəti milyardı nə qədər tez satacağı isə hələ bilinmir. İnvestorlar düşünür ki, süni intellektlə işləyən yeni nəsil cihazlar gündəlik həyatda smartfonların yerini ala bilər. Lakin Apple CEO-su Tim Kuk bu fikirlə razı deyil. Onun sözlərinə görə, İİ cihazlar maksimum halda iPhone üçün əlavə aksesuar ola bilər, amma onun əvəzini verə bilməz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,926ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -