spot_img
15 июля, 2025
spot_img
ДомойТехнологииГаджетыSamsung ağıllı bəzək əşyaları istehsal etməyi nəzərdən keçirir

Samsung ağıllı bəzək əşyaları istehsal etməyi nəzərdən keçirir

Samsung şirkətinin yüksək vəzifəli nümayəndəsi Von Cun Çoy CNN-ə verdiyi müsahibədə texnologiya nəhənginin geyilə bilən qurğular sahəsində gələcək planları barədə danışıb. O həmçinin bildirib ki, şirkət ağıllı köməkçilərlə bağlı hansı konsepsiyanı əsas hesab edir və bu yanaşma çərçivəsində hansı cihazları ideal nümunə kimi görür.

Von Cun Çoy Samsung-un mobil bölməsinin tədqiqat və inkişaf şöbəsinin vitse-prezidenti və rəhbəridir. Onun sözlərinə görə, süni intellekt (AI) insanların bəzi gündəlik tapşırıqları yerinə yetirmək üçün artıq telefon götürməsinə ehtiyac qalmayan “yeni nəsil cihazların” əsasını təşkil edə bilər.

“O cihaz geyilə bilən bir şey olmalıdır — elə bir əşya ki, daim üzərinizdə olsun və onu əlinizdə gəzdirməyə ehtiyac qalmasın. Bu baxımdan, söhbət ağıllı eynək, sırğa, saat, üzük və ya boyunbağıdan gedə bilər”, – deyə Von Cun Çoy bildirib.

Samsung nümayəndəsi geyilə bilən və daşımalı cihazlar arasında fərqi izah edir. Məsələn, telefonu insan özü ilə götürür, amma sırğa və üzük kimi bəzək əşyaları adətən daim üzərində olur. Hal-hazırda şirkət bu cür məhsullar istehsal etmir, lakin “bütün mümkün variantları araşdırır”. O qeyd edib ki, ağıllı eynəklər üzərində iş aparılır. Amma onu da etiraf edib ki, hər kəs eynək taxmaq istəmir, çünki bu, insanın görünüşünü dəyişə bilər.

Bundan əlavə, Çoy vurğulayıb ki, Samsung bu tip geyilə bilən aksesuarları smartfonların tam əvəzləyicisi kimi yox, daha çox onları tamamlayan cihazlar kimi nəzərdən keçirir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,928ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -