spot_img
7 июня, 2025
spot_img
ДомойТехнологииАвтомобилиVolvo EX90 smartfon kameralarını “yandırır”

Volvo EX90 smartfon kameralarını “yandırır”

Elektriklə işləyən Volvo EX90 modelinin ön hissəsində yerləşən LiDAR skaneri iPhone 16 Pro Max-in kamerasında qalıcı zədələrə səbəb olub. Hadisə barədə telefon sahibi Reddit platformasında video paylaşıb.

Avtomobillərdə quraşdırılan lazer əsaslı sensorlar, adi istifadə üçün nəzərdə tutulmuş lidar sistemlərindən xeyli güclüdür. Lazer şüasının gücü nə qədər yüksək olsa, avtomobilin avtonom idarəetmə sistemi zəif işıqlanma və pis hava şəraitində bir o qədər dəqiq işləyə bilər.

Amma bu qədər güclü infraqırmızı şüalanma, həssas kamera sensorlarının pikselarını daimi şəkildə zədələyə — yəni sadəcə olaraq “yandıra” bilər. Bu, xüsusilə cihazlar lidar sensoruna çox yaxın olduqda baş verir.

Volvo bu riskdən xəbərdardır və istifadəçilərə kameraları lidar sensoruna tuşlamamağı tövsiyə edir. Lakin belə hallarda, məsələn, bahalı EX90 modelini qarşısında park edən sürücü səbəbindən, videoregistratoru zədələnən digər sürücülərin nə etməli olduğu barədə heç bir rəsmi açıqlama yoxdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,940ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -