spot_img
1 мая, 2025
spot_img
ДомойТехнологииSony fotoqrafiya üçün nəzərdə tutulmuş sensorların istehsalını dayandıra bilər

Sony fotoqrafiya üçün nəzərdə tutulmuş sensorların istehsalını dayandıra bilər

Bloomberg-in adını açıqlamadığı mənbələrə istinadən verdiyi məlumata görə, əgər Tramp hökuməti Yaponiyaya qarşı rüsumlar tətbiq edərsə, Sony matris (kamera sensorları) istehsalı ilə məşğul olan bölməni əsas şirkət strukturundan ayırmağı planlaşdırır.

Sony-nin sensorları demək olar ki, bütün qabaqcıl kamera sistemlərində — o cümlədən Apple, GoogleXiaomi kimi nəhənglərin smartfonlarında istifadə olunur. Sony Group bu sahəni xarici investorlara satmaq imkanlarını araşdırır. Məqsəd – bu texnologiyaları sanksiyalardan qorumaq və matrislərin qiymətini rəqabətə davamlı saxlamaqdır. Şirkət səhmlərin az bir hissəsini özündə saxlayaraq müəyyən təsir imkanlarını qorumaq niyyətindədir.

Lakin bu xəbərə ehtiyatla yanaşmaq tövsiyə olunur. Çünki Bloomberg-in Sony Group daxilindəki mənbələri kifayət qədər etibarlı hesab olunmur. Üstəlik, bu cür struktur dəyişikliyi Sony üçün məntiqsiz görünür: şirkət biznesi satdıqdan sonra yalnız yeni hüquqi şəxsin dividendindən pay almaq hüququna malik olacaq.

Bazar lideri olan belə bir sektoru satmaq — özü də ticarət müharibəsi təhlükəsinə görə — nə dərəcədə məqsədəuyğundur, bu, hələ başqa sualdır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,947ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -