2009-cu ildən etibarən NETTY Milli İnternet Mükafatı çərçivəsində keçirilən “İlin İT hadisəsi” nominasiyası Azərbaycanın yüksək texnologiya bazarının əsas nailiyyətlərini mükafatlandırır. Nominasiyanın keçirilməsi NETTY mükafatının təşkilat komitəsi və InfoCity jurnalının redaktorları tərəfindən irəli sürülüb.Milli informasiya texnologiyaları seqmentinin inkişafına töhfə verən layihələr mükafata iddiaçı ola bilər.
Əhəmiyyətli İT layihələrinin həyata keçirilməsində iştirak edən hər kəsi müsabiqənin https://www.netty.az/az/itaward saytında ərizə təqdim etməyə və nailiyyətləriniz barədə danışmağa dəvət edirik.
Nominasiyada iştirak üçün ərizələr layihə və həllər üçün yalnız o halda təqdim edilə bilər ki, onların icrasına 2023-cü ildən 2024-cü ilə qədər olan müddətdə başlanılıb və ya tamamlanıb.
Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr ödəniş üçün link alacaq və iştirak etməyə davam edəcək.Müraciətlər, həm layihə və ya həll sifarişçiləri, həm də icraçılar tərəfindən qarşılıqlı razılaşma əsasında və ya yalnız tərəflərdən biri tərəfindən verilə bilər.
İlin İT hadisəsi nominasiyasında iştirak üçün müraciətlərin qəbulu 2024-cü il dekabrın 1-dək davam edəcək. Layihələr haqqında məlumat müsabiqə və jurnal saytlarında dərc olunacaq.
Təqdim olunan layihələr NETTY Award Academy və InfoCity redaktorları tərəfindən səsverməyə təqdim ediləcək.
Ən çox səs toplayan üç layihənin nümayəndələri NETTY 2024-ün yekun mükafatlandırma mərasiminə namizəd kimi dəvət olunacaqlar və burada onların arasından əsas “İlin İT hadisəsi” seçiləcək.